25 May 13:29
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayev, Mehman Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, artıq təqsirləndirilən şəxslərin vəkilləri istintaq materialları ilə tanış olublar.

Toplanmış materiallar baxılması üçün aidiyyatı üzrə Səbail Rayon Məhkəməsinə göndəriləcək.

Bu gün təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin 20 gün uzadılması ilə bağlı ibtidai araşdırmaya prosessul rəhbərliyi həyata keçirən prokuror tərəfindən təqdimat göndərilib.

Təqdimata Xətai Rayon Məhkəməsində baxılılıb və təmin edilib.

Qeyd edək ki, hadisə Səbail rayonu ərazisində baş vermişdi. İttihama görə, təqsirləndirilən idmançılar "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Mübahisə zamanı idmançı Həsən Əzizov döyülüb.

Ruslan Əfəndiyev və onun tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində həbsdədir. T.Musayev və M.Məmmədov barəsində isə istintaq dövrü müddəti üçün həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər