27 May 14:09
2 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” Ruben Vardanyan haqda seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən şikayətə baxılıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, Ruben Vardanyanın şikayəti təmin edilməyib.

Xatırladaq ki, bir müddət əvvəl cinayət işi üzrə istintaqın aparıldığı Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin vəsatətinə Səbail Rayon Məhkəməsində baxılıb və onun barəsində həbs qətimkan müddəti daha 5 ay uzadılıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsində Ruben Vardanyan barəsində cinayət işinin istintaqı davam edir.

Ruben Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.

Ruben Vardanyan Azərbaycan ərazisinə qeyri-qanuni gəlib, qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışıb və ötən ilin sentyabrın 27-də “Laçın” dövlət sərhədinin buraxılış məntəqəsində saxlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər