28 May 08:44
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin Çikaqo şəhərində atışma olub.

Teleqraf.com xəbər verir ki, atışma zamanı beş yaşlı qız öldürülüb.

"Küçədə dayanan bir qrup şəxs arasında atışma olub. Güllə park halında olan avtomobildə oturan 5 yaşlı qızın qarın boşluğuna tuş gəlib. O, xəstəxanaya aparılsa da, sonra dünyasını dəyişib", - deyə polis bildirib.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər