Türkiyədə silahla adam yaraladığı üçün axtarışda olan deputatın oğlu saxlanılıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Xalqların Bərabərlik və Demokratiya Partiyasından (DEM Partiya) deputat olan Sırrı Sakıkın oğlu Cem Sakık polisə təslim olub.
Xəbərdə deyilir ki, hadisə bu gün səhər saatlarında baş verib. Cenk Sakık Murat Köylünü tapança ilə yaraladıqdan sonra avtomobillə qaçıb. Polis hadisədən sonra qaçan Cenk Sakıkın tutulması üçün axtarışlara başlayıb. C. Sakık günorta saatlarında hadisədə istifadə etdiyi silahla birgə polisə təslim olub.
Yaralanan Murat Köylünün isə xəstəxanada müalicəsinin davam etdiyi öyrənilib.