11 İyun 08:28
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadada təcavüzdə ittiham olunan 91 yaşlı milyarder Frank Stronak həbs edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Bildirilir ki, Stronak bir sıra cinayətlərdə, o cümlədən təcavüzdə ittiham olunur.

Müstəntiqlərin fikrincə, milyarder ilk cinayətini 1980-ci illərdə, son cinayətini isə 2023-cü ildə, 90 yaşı olanda törədib. Stronak iddiaları inkar edir. O, ittiham edildikdən sonra məhkəməyə qədər sərbəst buraxılıb.

Qeyd edək ki, Frank Stronak dünyanın ən böyük avtomobil komponentləri istehsalçılarından biri olan "Magna International" şirkətini təsis edib.


Müəllif: Arzu

Oxşar xəbərlər