11 İyun 13:44
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Abzas Media”nın əməkdaşı Nərgiz Absalamova barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanını vəsatətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən prosesdə qərar elan edilib. Qərara görə, vəsatət təmin edilib.

Nərgiz Absalamovanın barəsində seçilmiş həbs qətimkan tədbiri daha 3 aya qədər uzadılıb.

Ona qarşı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər