26 İyun 23:11
1 362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Suriya prezidenti Bəşər Əsədin barəsində müharibə cinayətlərinə görə həbs qərarı verib.

Teleqraf.com xəbər verir ki, ilk dəfə olaraq məhkəmədə dövlət başçısının şəxsi toxunulmazlığının mütləq olmadığı qəbul edilib.

Paris Apellyasiya Məhkəməsi Suriya prezidenti Bəşər Əsədin Suriyada törədilmiş hərbi cinayətlərdə əli olduğu iddiasını təsdiqləyərək barəsində həbs qərarı verib.

Fransa məhkəmə orqanları ötən ilin noyabrında Əsədin həbsinə beynəlxalq order verib. Eyni zamanda, onun qardaşı, 4-cü Zirehli Diviziyanın komandiri Maher Əsəd və iki suriyalı general, Qassan Abbas və Bassam al-Hassan hərbi cinayətlərdə və insanlığa qarşı cinayətlərdə iştirak etdikləri iddiası ilə onlar haqda da order verilib. Müharibə cinayətlərinə 2013-cü ildə Dəməşqin müxalifətin nəzarətində olan ərazilərinə kimyəvi hücum da daxildir.


Müəllif: Arzu

Oxşar xəbərlər