28 İyun 22:46
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Köpəkbalıqlarını tədqiq edən mütəxəssislər son illərdə onların davranışlarında dəyişiklik müşahidə ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə "Livescience" saytı məlumat yayıb.

Bioloqlar açıqlayıblar ki, köpəkbalıqları "ağıllanıb". Onlar qida ilə insanların idarə etdiyi qayıqlar arasındakı əlaqəni anlamağa başlayıblar.

Mühərrikin səsini eşidən köpəkbalıqları qayıqların ətrafına toplaşır və balıqçıların tutduqları balıqları yeməyə başlayırlar.

Dəniz bioloqu Jasmin Qram köpəkbalıqlarının sürətlə "ağıllandıqlarını" qeyd edir: “Onlar anlayıblar ki, mühərrikin səsi yemək deməkdir. Buna görə də indi qayıqların yanında üzürlər".

Bildirilir ki, balıqçılar tutduqları balıqları qorumaq və alətlərini itirməmək üçün sahildən daha uzaqlara getməli olurlar.


Müəllif: Arzu

Oxşar xəbərlər