Ata qızının artan borclarına görə onu öldürərək çaya atıb.
Teleqraf.com xəbər verir ki, hadisə Rusiyanın Maqnitoqorsk şəhərində baş verib.
Bildirilir ki, 31 yaşlı qız borclarını ödəmək üçün mütəmadi olaraq atasından pul istəyib. Növbəti dəfə atasından pul almaq istəyən zamanı aralarında mübahisə yaranıb. Nəticədə kişi qızını boğmağa başlayıb. O, qızını qaraja aparıb və orada çəkiclə başına vuraraq qətlə yetirib. Qəddar ata qızının meyitini Ural çayına atıb, sonra isə qızının itməsi barədə polisə yalan xəbər verib.