Bakının Suraxanı rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə fevralın 24-də saat 23:30 radələrində qeydə alınıb. Ramana qəsəbəsində Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Elvin Şirinov idarə etdiyi “Mercedes” markalı avtomobillə, piyada 1982-ci il təvəllüdlü Xaliq Əmralıyevi vurub. X.Əmralıyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Hacı Zeynalov