10 Mart 2015 15:39
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Ə.Naxçıvani küçəsində qeydə alınıb.

Gürcüstan vətəndaşı Samirə Usubovanın idarə etdiyi “Toyota” və Bakı şəhər sakini Həsənağa Məmmədovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşduqdan sonra idarəetməni itirmiş S.Usubova avtomobilini yolun kənarında dayanmış İntiqam Xəlilova məxsus “Hyundai”, Kamil Məmmədova məxsus “BMW” və Göyçay rayon sakini Seymur Vəliyevə məxsus “KİA” markalı avtomobillərə çırpıb, habelə hadisə yerinin yaxınlığından keçən Abşeron rayon sakini Şöhrət Orucovu vurub.

Xəstəxanaya yerləşdirilmiş Ş.Orucov orada ölüb.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: