10 Mart 2015 16:33
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonunun H.Ələsgərov küçəsində qeydə alınıb. Bakı şəhər sakini Ramil Hacıyev idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: