11 Mart 2015 17:31
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsi ərazindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şahidlərinin Avtosfer.az-a verdiyi məlumata görə, Sumqayıt istiqamətində hərəkətdə olan «VAZ-2104» markalı avtomobil qəflətən geriyə dönmə əməliyyatı etmək istəyib. Bu zaman arxadan «Ford-Transit» markalı yük avtomobili «04»ü ortadan vurub. Nəticədə «04» yerindəcə alışmağa başlayıb.

Bir neçə dəqiqə ərzində avtomobil tam yanaraq yararsız vəziyyətə düşüb. Əraziyə gələn yol polisi əməkdaşları yolda təhlükəsizliyi təmin ediblər. Qəza nəticəsində «04»ün sürücüsü ağır xəsarət alıb.


Müəllif: