13 Mart 2015 14:31
1 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində avtomobil oğrusu yaxalanıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 9-da Elşən Xıdırova məxsus “Mercedes” markalı avtomobili qaçırmış Şərur rayon sakini Pünhan Məmmədov tutulub.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Nərimanov və Xətai polisinin birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 4-də Paşa Umudova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmış Bakı şəhər sakini Ramiz Kərimzadə tutulub.

Hacı Zeynalov


Müəllif: