Qazax rayonunda dörd gün öncə evdə baş verən partlayış zamanı xəsarət alan şəxs xəstəxanada ölüb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə martın 12-də qeydə alınıb. Evində təbii qaz sızmasından baş verən partlayış zamanı xəsarət alan Qazax rayon sakini Abdulla Qasımov xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsdə də, həyatını xilas etmək mümkün olmayıb. O, martın 15-də xəstəxanada dünyasını dəyişib.
Hacı Zeynalov