24 Mart 2015 12:59
1 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib. Səbail Rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə martın 20-də, axşam saatarında baş verib.

Məlumata görə, Səbail rayonu ərazisindən Bakı şəhər sakini Nicat Babayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. 8-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini Ağasif Niftəliyev tutulub.

Teleqraf.com-un xəbərinə görə, hadisə bayram tonqalı ıtrafında yaranan mübahisə zamanı baş verib. Bayram tonqalı ətrafında olan zaman Nicat Babayevlə Ağasif Niftəliyev mübahisə edib və daha sonra gənclər bir-birlərini söyüblər. Bu zaman Nicat bıçaqla Ağasif Niftəliyevi vurub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: