28 Mart 2015 21:15
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonu ərazisində yanğın hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə nəticəsində beşmərtəbəli binanın altında yerləşən geyim və kompüter mağazaları yanıb.

Fövqəladə Hallar Nazirliyinin üç yanğınsöndürən maşını hadisə yerinə cəlb olunub.

Yanğının hansı səbəblərdən baş verdiyi, hələ ki, məlum deyil.


Müəllif: