1 Aprel 2015 09:42
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayonunda orta məktəb binasında yanğın baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Balakən rayonu, Şərif kəndində Təhsil Nazirliynə məxsus ümumi sahəsi 840 kv.m olan birmərtəbəli orta məktəbin yanar konstruksiyaları 125 kv.m (1 sinif otağının, müəllimlər otağının, dəhlizin yanar konstruksiyaları və əşyaları 110 kv.m və 1 sinif otağının tavanı 15 kv.m) sahədə yanıb.

Məktəbin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 02:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: