1 Aprel 2015 15:32
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirli bilininən Bakı şəhər sakini, 1978- ci il təvəllüdlü Samir Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin iyulun 12-də Biləcəri qəsəbəsində peşəkar boksçular arasında dava düşüb. Dava zamanı 33 yaşlı Fərid Həsənov, onun 37 yaşlı qardaşı Şəhriyar bıçaqlanıb. Bıçaq Fəridin arterial qan damarını kəsdiyindən həyatını xilas etmək mümkün olmayıb. Şəhriyar isə xəstəxanaya yerləşdirilib.

Qardaşları bıçaqlayan Samir Həsənov da peşəkar boksçudur. Dövlət orqanlarından birində mühafizəçisi işləyən Samirlə qardaşlar arasında mübahisə düşüb. Mübahisəyə isə deyilənə görə, tərəflərdən birinin digərinin arxasınca danışması səbəb olub. Mübahisə zamanı onlar bir-birinə qarşılıqlı söyüş söyüblər. Bu zaman Samir cibindəki bıçağı çıxararaq qardaşları vurub.

Şəhriyar isə pnevmatik tapança çıxararaq Samirə bir neçə dəfə atəş açıb. Tapançanın kürəcikləri Samirin bədəninin müxtəlif yerlərinə dəyib. Onu da əlavə edək ki, hər üç şəxs bir idman zalında məşq edirlər.

Hakim Əlövsət Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Samir Həsənov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər