Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğruluqda təqsirli bilinən sabiq polis əməkdaşı Ceyranbatan qəsəbəsi sakini, 1976-cı il təvəllüdlü Süleyman Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadllqdan məhrum edilib.
Qeyd edək ki, Sumqayıt polisi mağaza və apteklərdən oğurluqda şübhəli bilinən sabiq polis əməkdaşı Abdullayev Süleyman Məhərrəm oğlu yaxalanıb. İlkin dindirilmə zamanı o cinayət əməlini etiraf edib.
S.Abdullayevin sözlərinə görə, o, Sumqayıtda iki market və aptekdən ümumilikdə 980 manat oğurlayıb.
Oğurladığı pulları isə kef məclislərinə və narkotik vasitə almaq üçün sərf edib.
Hacı Zeynalov