Tovuz rayonunda intihar hadisəsi olub.
Tovuz Rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə Alakol kəndində baş verib.
Məlumata görə, Tovuz rayon sakini, 1949-cu il təvəllüdlü Məhəmmədli Quliyev yaşadığı evdə özünü asaraq, ölüb. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov