13 Aprel 2015 15:28
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şüvəlan qəsəbə sakini Habil Əsgərovun həyətindən ümumi çəkisi 35 qram olan 22 ədəd çətənə kolu, evindən isə 5 kiloqram 167 qram marixuana aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif: