14 Aprel 2015 13:47
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada prezident Bəşər Əsədə qarşı savaşan müxaliflər Qazaxıstan prezidenti Nursultan Nazarbayevə məktub göndərib.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, məktubda Rusiyanın paytaxtı Moskvada aprelin 6-da başlayan və Əsəd rejimi ilə bəzi müxalif qruplar arasında aparılan danışıqlarda Nazarbayevin birbaşa iştirakı tələb olunub. Müxaliflər qazax prezidentdən danışıqlarda onlara dəstək verməsini istəyiblər.

Suriyadakı yeddi müxalif lider tərəfindən göndərilən məktubda həmçinin rusiyalı nümayəndələrə müzakirələrdə göstərdiyi səylərə görə təşəkkür edilib.

Samir


Müəllif:

Oxşar xəbərlər