Bakının Nərimanov rayonunda ötən ilin dekabrın 1-də baş verən oğurluq hadiəsinin üstü açılıb.
Nərimanov Rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə Təbriz küçəsində yerləşən kafelərin birində qeydə alınıb.
Kafedə ofisiant işləyən Bakı şəhər sakini Nabat Məmmədova cinayətlə üzləşib. Kafeyə gələn naməlum şəxs onun mobil telefonunu götürərək aradan çıxıb. Nabat Məmmədova baş verən oğurluq hadisəsi ilə bağlı polisə şikayət edib.
17-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurlamaq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Xəyal Əlirza oğlu Lətifov tutulub.
Faktla bağlı cinayət işi açılıb.
Hacı Zeynalov