Türkiyədə məzuniyyətə gələn əsgər, 21 yaşlı B.Saleh sevgilisini bıçaqlayaraq öldürüb.
Teleqraf.com xəbər verir ki, hadisə səhər saatlarında törədilib. Yaralı qadının səsinə gələn qonşular polisə məlumat veriblər. Yaralı qadın xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Polis B.Salehi həbs edib. Qətlin qısqanclıq zəmnində törədildiyi məlum olub.
B.Saleh daha öncə təcavüz, təhdid və uşaq qaçırmaq cinayətlərində şübhəli bilinib.
Rüstəm