5 May 2015 13:33
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin alverində təqsirləndirilən İran İslam Respublikasının vətəndaşı Nozad Hor Neymətullah Nadirin cinayət işi məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Nozad Hor Neymətullah Nadir 11 il müddətinə azadlıqdan məhrum edilib.

Nozad Hor Neymətullah Nadir Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə saxlama satma) maddələri ilə ittiham edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər