20 May 2015 22:54
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinən Asif Həsənovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin dekabrın 21-də Xətai rayonu ərazisində idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçmək istəyən Rasim Məmmədovu vurub. Rasim Məmmədov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Asif Həsənov avtomobili sürücülük vəsiqəsi olmadan idarə edib.

İstintaq araşdırması zamanı Asif Həsənov ölümlə nəticələnən yol qəzasının törədilməsində təqsirləndirilib.
Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Asif Həsənov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər