3 İyun 2015 17:47
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun mərkəzində, M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb.

Məlumata görə, rayon sakini Rəvan Bağırov ov tüfəngindən açdığı atəşlə həmyerlisi 1991-ci il təvəllüdlü Kamil İsmayılovu vurub. Kamil İsmayılov aldığı xəsarətdən hadisə yerində ölüb.

Rəvan Bağırov həbs edilib. O, cinayəti qisqanclıq zəminində törədib.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər