Bakı Apelyasiya Məhkəməsində daş karxanasında qətl hadisəsi törətməkdə təqsirli bilinən Nurəddin Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, ötən ilin mayın 25-də Qaradağ rayonu Səngəçal qəsəbəsinin ərazisində yerləşən daş karxanasında Nurəddin Məmmədov münaqişə zəminində orada işləyənlər, Cəlilabad rayon sakinləri Qabil Həsənova və Fəryaz Məmmədova bıçaqlayıb.
Xəstəxanaya yerləşdirilən Fəryaz Məmmədov mayın 26-da orada ölüb, Qabil Həsənova tibbi yardım göstərilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nurəddin Məmmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Nurəddin Məmmədov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdiriməsini istəyib. Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə ilkin baxış iclası olub. Prosesdə onun anket məlumatları dəqiqləşdirilib, həmçinin apelyasiya şikayətinin dəilləri müəyyənləşdirilib.
Məhkəmə baxışı iyunun 21-nə təyin edilib.
Hacı Zeynalov