16 İyun 2015 15:04
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirdə yük qatarında yanğın baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şəmkir rayonu, Zəyəm qəsəbəsində (rayon mərkəzindən 20 km aralı) Şəmkir-Qazax istiqaməti ilə hərəkətdə olan 35 vaqondan ibarət
yük qatarının bir vaqonunda yanğın baş verib.

Vaqonun qalan hissəsi və digər qatarlar yanğından mühafizə olunub.

Yanğın saat 11:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: