Bakıda bir qrup vətəndaşa qarşı dələduzluq etməkdə təqsirli bilinən axtarışa verilib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin internet səhifəsində məlumat yerləşdirilib.
Məlumata görə, 1990-cı il təvəllüdlü İsmayılzadə Cavidan İlham oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək) maddəsi ilə 19 may 2015-ci il tarixdən axtansa verilib.
Hüquq-mühafizə orqanlarına Cavidan İsmayılzadəni vətəndaşlara qarşı dələduzluq etməsi ilə bağlı şikayət edilib. O, avtomobil satmaq adı ilə bir neçə nəfərə aldadıb və pulu mənimsəyib. Onun ölkədən qaçdığı ehtimal edilir.
Hacı Zeynalov