13 İyul 2015 14:02
1 968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi sakini həmkəndlisinin boğazını kəsərək qətlə yetirib.


Teleqraf.com-un əməkdaşının verdiyi xəbərə görə, hadisə rayonun Aran kəndində qeydə alınıb. Kənd sakini, 1971-ci il təvəllüdlü Əliyev Musa Əli oğlu aralarında baş verən mübahisə zəmnində həmkəndlisi, 1979-cu il təvəllüdlü Həsənov İlham Cahid oğlunu bıçaqlayıb. Musa Əliyev həmkəndlisinə boğazından və bədənin müxtəlif nahiyələrindən xəsarət yetirib. İlham Həsənov aldığı çoxsaylı bıçaq yaralarından hadisə yerindəcə keçinib.


Musa Əliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda cinayət işi açlıb. Araşdırma aparılır.


Teleqraf.com əldə etdiyi məlumata görə, İlham Həsənovu qətlə yetirən Musa Əliyev onun həyat yoldaşının dayısıdır. İlkin versiyaya görə, İlham Həsənov qısqanclıq zəminində həyat yoldaşından şübhələnib və polisə müraciət edib. Bundan xəbər tutan Musa Əliyev İlham Həsənova "şübhələnirdinsə, həyat yoldaşını öldürərdin, polisə niyə müraciət edirdin" deyə narazılığını bildirib. Musa Əliyevin məhz polisə müraciət etməsi səbəbindən İlham Həsənovu qətlə yetirdiyi bildirilir.

Daşqın Abdullayev


Müəllif:

Oxşar xəbərlər