15 İyul 2015 12:42
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlı rayonunda “Xaşxaş-2015” şərti adı altında əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Qaranuru kənd sakini, 1963-cü il təvəllüdlü Sahibəli Rüstəmov saxlanılıb.

Onun yaşadığı həyətyanı sahəyə baxış zamanı narkotik tərkibli 93 ədəd çətənə kolu aşkar edilib. Sahibəli Rüstəmovun evindən satış məqsədi üçün 2 litrlik balon və 18 ədəd kibrit qutusuna qablaşdırdığı narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb.

Faktla bağlı Saatlı rayon polis şöbəsində cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: