Bakının Binəqədi rayon ərazisində faciəli hadisə baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə Bakı şəhər sakini Zahir Babayevə məxsus daş sexində qeydə alınıb. Orada işləyən paytaxt sakini Xalid Məmmədovu elektrik cərəyanı vurması nəticəsində ölüb.
Hacı Zeynalov