20 İyul 2015 13:56
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevirdə "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək aşıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Mingəçevir-Xaldan yolunun 3-cü kilometrliyində “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək aşıb.

Aran Regional Mərkəzinin xilasediciləri tərəfindən deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1989-cu il İsrafilov Xəyal Sahil oğlunun meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 01:50-də başa çatıb.


Müəllif:

Oxşar xəbərlər