22 İyul 2015 17:18
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunun Əliyanlı kəndinin ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, rayon sakini Loğman Rəhimov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən Ağdam rayon sakini Mübariz Həsənovu vurub və idarəetməni itirdiyindən avtomobili hasara çırpıb.

Nəticədə piyada hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Bərdə rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: