3 Avqust 2015 12:08
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboyda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə ötən gün rayonun Qarqucaq kəndi ərazisində qeydə alınıb.


Naftalan rayon Polis Şöbəsinin əməkdaşı, 1987-ci il təvəllüdlü Nəsimi Şakir oğlu Kərimov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, maşın yolun kənarına aşıb.

Nəticədə maşında olan sərnişin, 1986-cı il təvəllüdlü Cahid Nazim oğlu Tağıyev ölüb, sürücü və digər sərnişin, 1987-ci il təvəllüdlü Seymur Dilqəm oğlu Abbasov isə müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.


Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Qeyd edək ki, qəzada ölən və yaralananlar Naftalan rayon Polis Şöbəsinin əməkdaşlarıdır.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

APA


Müəllif: