10 Avqust 2015 18:24
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda iki qohum arasında yaranan mübahisə cinayətlə nəticələnib.

Teleqraf.com xəbər verir ki, hadisə Nardaran qəsəbəsi, bağlar massivində baş verib.

Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Qabil Axundov keçmiş qudası, 1972-ci il təvəllüdlü Barat Qafarovla mübahisə edib. Onların mübahisəsinə daha 3 nəfərdə qoşulub. Barat Qafarov və daha adı məlum olmayan 3 nəfər Qabil Axundovu döyüblər.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər