12 Avqust 2015 13:25
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda xuliqanlıq cinayəti baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Neapol küçəsi 10 ünvanında yerləşən “Napoli” restoranında baş verib.

Məlumata görə, Rəfael adlı və daha üç nəfər naməlum şəxs Bakı şəhər sakini – 1977-ci il təvəllüdlü Mehman Mustafayevi döyüblər. Hadisə ilə bağlı Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinə məlumat verilib.

Hadisəni törətmiş paytaxt sakini Rəfayel Hüseynov saxlanılıb. Ondan idman tapançası götürülüb. Digər şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər