Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümünə səbəb olan yol qəzası törətməkdə təqsirləndirilən Anar Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Anar Əsgərov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu ilin yanvarın 26-da Abşeron rayonunun Sulutəpə qəsəbəsində Gədəbəy rayon sakini Anar Əsgərov idarə etdiyi “Daevoo” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Vüsalə Qəmbərovanı və onun oğlu Vaqifi vurub. Xəstəxanaya yerləşdirilən Vüsalə Qəmbərova və Vaqif orada dünyasını dəyişib.
Hacı Zeynalov