Xudat şəhərində əxlaqsızlıq yuvası aşkar olunub.
Teleqraf.com xəbər verir ki, yuvanın aşkar olunması üçün əməliyyatı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları keçirib.
Əməliyyat tədbirləri nəticəsində Xudat şəhər sakini Elçin Cəfərinin Nabran kəndində yerləşən “Sevdiyim məkan” istirahət mərkəzində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanıb.
Hacı Zeynalov