Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi, 8 ünvanını qarşısında baş verib.
Həmin ünvanda 1985-ci il təvəllüdlü Elşən Şakir oğlu İsrafilov və onun qardaşı Elcan bıçaqlanıb. Xəsarət alan hər iki qardaş bıçaq xəsarəti ilə 3 saylı Sabunçu Şəhər Kliniki Xəstəxanaya çatdırılıb. Orada tibbi yardım göstərilsə də, Elşən İsrafilovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb. Elcan İsrafilovun vəziyyətinin isə ağır olduğu bildirilir.
Cinayəti törədən 1991-ci il təvəllüdlü İbrahim Dadaşov Suraxanı Rayon Polis İdarəsinə gələrək təslim olub.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov