Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Bakıxanov qəsəbəsi, Sülh küçəsi 2 ünvanında baş verib.
Həmin ünvanda yerləşən “Meqa Plas” restoranını qarşısında Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Məhəmməd Məmmədov naməlum şəxslərin hücumuna məruz qalıb. Onlar Məhəmməd Məmmədovu döyərək bədən xəsarəti yetiriblər. Daha sonra ona bıçaqla xəsarət yetiriblər.
Məhəmməd Məmmədov ağır kəllə-beyin və bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.
Məhəmməd Məmmədov istintaqa verdiyi ifadəsində ona qarşı cinayət törədənləri tanımadığını bildirib.
Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən 1990-cı il təvəllüdlü Mətiş Mehrəliyev həbs edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov