Bakının Qaradağ rayonunda ticarət mərkəzindən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, hadisə “Binə” ticarət mərkəzində qeydə alınıb.
Sentyabrın 1-də Bakı şəhər sakini Əfruz Covdarovaya məxsus mağazadan 1400 manat oğurlanıb. O, oğurluq hadisəsinin baş verməsi ilə bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinə müraciət edib.
Əməliyyat tədbirləri nəticəsində cinayəti törədən Rusiya vətəndaşları 1947-ci il təvəllüdlü Fərid Yusif oğlu Məmmədov və 1971-ci il təvəllüdlü Yunis Abdulla oğlu Nurməmmədov tutulublar.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov