Ali Məhkəmədə qaçaqmalçılıqda ittiham olunan Azərbaycan vətəndaşları Elşad Atakişiyev və Pərviz Səfərovun kasasiya şikayətinə baxılıb.
Teleqraf.com-un xəbərinə görə, hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə Elşad Atakişiyevin şikayəti qismən təmin edilib. Onun cəzası 3 ilə endirilib.
Qeyd edək ki, , Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Elşad Atakişiyev və Pərviz Səfərovun hər birinin cəzası 5 ilə endirilib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham olunublar. Onlar Rusiyada qaçaqmalçılıq yolu ilə danışıq kartları gətirərkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulublar.
Hacı Zeynalov