Bakı polisinin dilənçilərə qarşı reydləri davam edir. Bakı Şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, reydləri Binəqədi, Nəsimi Rayon Polis İdarələrinin Post Patrul Xidməti Bölükləri və 6-cı Polis Bölməsi əməkdaşları keçirib.
Keçirilən əməliyyat nəticəsində müvafiq olaraq, rayon ərazisində avara və dilənçi həyat tərzi keçirən 8 kişi, 14 qadın və 18 azyaşlı müəyyən olunaraq barəsində müvafiq tədbir görülüb.
Hacı Zeynalov