Salyan rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qarabağlı kəndində qeydə alınıb.
Kənd sakini, 1975-ci il təvəllüdlü Şaiq Vəliyev özünü yaşadığı evin hamımında asaraq ölüb. Şaiq Vəliyevin hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov