Bakının Nizami rayonunda mənzillərdən birində cinsi azlıq nümayəndələrinin yaşadığı evdə dava olub.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun K.Balakişiyev küçəsində olan mənzillərdən birində qeydə alınıb.
Əziz adlı şəxs, eləc də bir neçə nəfər onunla birlikdə həmin mənzilə gələrək, orada yaşayan 1987-ci il təvəllüdlü A. K.-nı döyüblər. Həmçinin onunla eyni mənzildə yaşayan K. Ə.-nin baş nahiyəsinə bıçaqla xəsarət yetiriblər.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsində araşdırma aparılır.
Hacı Zeynalov