21 Sentyabr 2015 10:31
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda kirayədə İran vətəndaşı ilə ev sahibi arasında yaranan mübahisə bıçaqlanma hadisəsi ilə nəticələnib.

Teleqraf.com xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.

Şəhər-şossesi yeni tikilidə yaşayan 1974-cü il təvəllüdlü Taryel Həmid oğlu Hümbətli evində kirayəşin yaşayan İran İslam Respublikasının vətəndaşı, 1984-cü il təvəllüdlü Aram Bəhram Mousa ilə mübahisə edib. Mübahisə zamanı İran vətəndaşı ev sahibini döyüb. Bu zaman Taryel Hümbətli bıçaqla Aram Mousayə bıçaqla xəsarət yetirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər