24 Sentyabr 2015 00:50
1 858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xəzər rayonunda İmişli rayon polis şöbəsinin əməkdaşının qətlə yetirən Ravil İbayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Daha sonra Ravil İbayev polis əməkdaşıarı Muxtar Kazımzadəni qətlə yetirməsinə aydınlıq gətirib. O, bildirib ki, Muxtarı öldürdükdən sonra avtomobil yuyulması məntəqəsində yuyucu işləyən Rəşad İsmayılzadədən ona sandıq tapmasını istəyib: “Rəşadla birlikdə sandığı evə apardıq. Daha sonra dostum Elgün Məmişova zəng vurdum ki, “Ford” markalı yük avtomobilini gətirsin. Ona dayımın əşyalarını Mərdəkana aparacağımı bildirdim. Sandığı Elgün, mən və Elgünün bibisioğlu ilə birgə maşına mindirdik. Mən öz “Hyundai” markalı avtomobilimi Elgünə verdim. Mərhumu Türkan qəsəbəsinə aparıb sandıqla birgə yandırdım. Sandığın qıfılını isə evə gələndə yolda atdım”.

Məhkəmənin prosesi sentyabrın 30-da davam edəcək.

Qeyd edək ki, bu ilin aprelin 18-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində üzərində zorakılıq əlamətləri olan, yandırılan, 1988-ci il təvəllüdlü Muxtar Nəcəf oğlu Kazımzadənin meyiti tapılıb. Cinayəti İmişli Rayon Polis Şöbəsinin (RPŞ) polis nəfəri Ravil İbayevin törətməsi müəyyən edilib.

Araşdırmalarla o da müəyyən edilib ki, Muxtar Kazımzadə Xətai rayonunda yaşadığı mənzildə İmişli Rayon Polis Şöbəsində sürücü işləyən Ravil İbayev tərəfindən tamah niyyəti ilə qətlə yetirilib və sonuncu cinayətin izini itirmək məqsədi ilə Muxtar Kazımzadənin meyitini Xəzər rayonu ərazisinə apararaq yandırıb. Ravil İbayev aprelin 18-də şübhəli şəxs qismində tutulub və dindirilərkən törətdiyi cinayəti tam etiraf edib.

Hər iki şəxs Polis Akademiyasında qiyabi təhsil alıblar. Aprelin 17-də, səhər saatlarında Muxtar Kazımovun Ravil İbayevə məxsus avtomobillə Polis Akademiyasına imtahan vermək üçün gediblər. Lakin bundan sonra yaxınları Muxtarla əlaqə saxlamaq istəsələr də, o, telefona cavab verməyib.

Günün ikinci yarısı, təxminən saat 3-4 radələrində isə Muxtarın telefonuna zəng çatmayıb. Günün sonuna kimi Muxtardan xəbər tuta bilməyən yaxınalrı, gecə saatlarında Ravil İbayevin yaşadığı evə gəliblər. Ravil İbayev isə axşam saatlarında Muxtarı yaşadığı evin yaxınlığındakı parkın ərazisində düşürtdüyünü və bundan sonra onunla heç bir əlaqəsi olmadığını bildirib. Lakin hadisə baş verməmişdən bir neç gün əvvəl Muxtar Kazımovun şəxsi avtomobilini 14 min manata satması və bundan Ravil İbayevin də xəbərdar olması, yaxınlarında İbayevlə bağlı şübhələri artırıb. Təkrar Ravilin yaşadığı evə yollanan Muxtar Kazımovun yaxınları, bu dəfə də oxşar cavab alandan sonra polisə məlumat verirlər.

Məlumatda, qətlin Ravilin kirayə yaşadığı evdə törədildiyi və Muxtar Kazımovun yaxınlarının ikinci dəfə Ravilin yaşadığı mənzilə gəlişindən sonra iz itirmək məqsədilə meyitin Xəzər rayonu ərazisinə gətirilərək Ravili və başqa iki nəfər yaxın qohumunun köməyilə yandırıldığı bildirilib. Muxtar Kazımovun qətli, 3 il əvvəl ailə qurduğu günə, aprelin 17-nə təsadüf edib. Mərhumun bir övladı var.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər